Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Bakıda Boneyra adasının müqəddəratının təyin edilməsi ilə bağlı konfrans keçirilib

User 22 Avqust 2024 - 16:12 (Last updated: 21 May 2025 - 20:15)
boneyra

Boneyra İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatı ilə birgə təşkilatçılıq çərçivəsində təşkil olunan “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransda regional və Beynəlxalq Dəstəyin Səfərbər Edilməsi məsələsinə həsr olunan panel keçirilib.

APA-nın məlumatına görə paneldə əvvəlcə Boneyra xalqının öz müqəddəratını təyinetmə uğrunda mübarizəsini əks etdirən videoçarx nümayiş etdirilib.

Sent-Vinsent Qrenadin dövlətinin Nazirlər Kabinetinin müşaviri Riçard Bayron-Kox bildirib ki, bu gün BMT-nin müstəmləkə şəraitində yaşayan xalqların hüquqlarını qorumaq istiqamətindəki cəhdləri müxtəlif səviyyələrdə təzyiqlərə məruz qalır:

“Bu gün burada söylədiyimiz fikirlərə hər kəs diqqət yetirməlidir. Heç bir dövlət bu gün bizə qarşı sərgilənən yanaşmada siyasi və iqtisadi müstəqillik hüququmuzun təmin olunduğunu söyləyə bilməz. Mən sadəcə başa düşmək istəyirəm ki, bizim kimi müstəmləkə ölkələrinə bu münasibətin səbəbi nədən ibarətdir. Mən bu gün təkcə bizim dövlətin deyil, bütövlükdə müstəmləkədən əziyyət çəkən, gələcəyini müəyyənləşdirmək iqtidarında olmayan ölkələrin adından danışıram. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində 20-ci bənd var. Orada göstərilir ki, parçalanmış və qütblərə bölünmüş dünyada Birləşmiş Millətlər Təşkilatının beynəlxalq ictimaiyyəti, dünyadakı müxtəlif dövlətləri və xalqları birləşdirmək istəyi böyük təzyiqlərlə üzləşir. Bu Nizamnamənin məqsədi beynəlxalq səviyyədə sülh və təhlükəsizliyi təmin etmək, eləcə də bütün xalqların iqtisadi və sosial müstəqilliyinə nail olmaqdır. Lakin çox təəssüf ki, bu prinsiplərə əməl olunmur. Elə isə müstəmləkə şəraitində yaşayan xalqlar və dövlətlər kimə güvənməlidir?”

Boneyranın İnsan Hüquqları üzrə Təşkilatının beynəlxalq siyasət üzrə müşaviri Xorxe Qarsiya Kordoba isə müstəmləkə dövlətlərindəki siyasi qüvvələri birliyə çağırıb:

“Mən hesab edirəm ki, bu gün müstəmləkə dövlətlərindəki siyasi partiyaların daha effektiv mübarizə üçün güclərini birləşdirməsinə ehtiyac var. Müstəmləkəçiliyə qarşı mübarizədə yalnız birlik yolu ilə qalib gəlmək mümkündür. Bizim xalq çox uzun illərdir müstəmləkə şəraitində yaşayır. Bu gün Puerto-Riko da Argentinadan müstəqilliyini elan etməyə və müstəmləkə şəraitindən xilas olmağa çalışır. Mən bütün dünya ictimaiyyətini Boneyra xalqının müstəqilliyinə dəsrək verməyə, oradakı soyqırımı dayandırmaq üçün təsirli tədbirlər görməyə çağırıram”.

Panel işini fikir mübadiləsi şəraitində davam etdirib.

Post navigation

Previous: Prezident İlham Əliyev və birinci xanım Özbəkistana rəsmi səfərə gedib
Next: Milli Məclisə seçkilərlə əlaqədar 1000 məntəqədə veb-kamera quraşdırılıb

Oxşar xəbərlər

Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ arasında danışıqların vaxtı açıqlandı

User 29 Oktyabr 2026 - 10:13
abs iran savas
  • Dünya

İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi

User 29 Oktyabr 2026 - 09:35

xƏBƏR

Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensə İranla danışıqları bərpa etmək barədə göstəriş verdiyini təkzib edib....
Read more about Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi
Ceyhun Bayramov Türkiyəyə getdi ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09
Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir polis
  • Kriminal

Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir

User 29 Oktyabr 2026 - 10:26
Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.