Füzulidə sursat partlayıb, yaralanan var

partlayış
partlayış

İşğaldan azad edilmiş Füzuli rayonunun Zərgər kəndi ərazisində 2024-cü il 24 avqust tarixində sursat partlayışı hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

Füzuli rayon kənd sakini, tikinti işlərinə cəlb edilmiş 1978-ci il təvəllüdlü Aslanov Racu Murad oğlu mina və digər partlayıcı sursatlardan təmizlənməmiş ərazidə baş verən sursat partlayışı nəticəsində müxtəlif bədən xəsarətləri alıb. Həyatı təhlükəsi yoxdur.

Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.