Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İdman

“Futbolçularım çox əziyyət çəkdilər” –

User 29 Avqust 2024 - 00:05 (Last updated: 21 May 2025 - 20:15)
qurban

“Əfsuslar olsun ki, məğlub olduq. Futbolçularımız həm səfərdə, həm evdə çox əziyyət çəkdilər. Azarkeşlərimizə də bizi son ana kimi dəstəklədiklərinə görə minnətdaram”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda Xorvatiyanın “Dinamo” klubuna 0:2 hesabı ilə məğlub olduqları cavab görüşündən sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssisin sözlərinə görə, müdafiəsi bu dərəcə güclü olan komandaya qarşı çoxlu qol epizodları yarada bilmək olduqca çətindir: “Futbolçularım çətin olanı bacardılar. Bəzi insanlarda elə fikir formalaşıb ki, komandamızda yorğunluq var. Bir çoxları məğlubiyyəti bununla əlaqələndirirlər. Amma bu, tamamilə yanlış yanaşmadır”.

Qurbanov komandanın fiziki hazırlığının yerində olduğunu deyib. O, daha da möhkəm olub, qarşıdakı matçlara hazırlaşmalı olduqlarını sözlərinə əlavə edib.

“Futbolçularla paltardəyişmə otağında söhbətləşəndə onların məyus olduğunu gördüm. Amma dayanmaq olmaz. Səhvlərimizdən nəticə çıxarmalıyıq. Bu gün bir daha anladıq ki, belə güclü kollektivlərə qarşı olduqca diqqətli olmalıyıq”. Bu komanda sağlam əllərdədir. Burada hamı öz məsuliyyətini çox yaxşı dərk edir. Azarkeşlər bizə inandılar. Bu gün də dəstəklərini hiss etdirdilər. Hər zaman yanımızda olduqlarını göstərdilər. Bu da bizə daha da motivasiya verir. Belə olan halda bu gün məğlubiyyətlə üzləşsək də, sabah bizi qalibiyyətlər gözləyir” – deyə Q.Qurbanov bildirib.

Qeyd edək ki, ilk görüşdə də 3:0 hesabı ilə qalib gələn xorvatiyalılar turnirin liqa mərhələsinə vəsiqə qazanıblar. “Qarabağ” isə yoluna Avropa Liqasının liqa mərhələsində davam edəcək.

Post navigation

Previous: “Neftçi” yeni əcnəbi futbolçunu transfer edib –
Next: Pavel Durov 5 milyon girovla azad edilib –

Oxşar xəbərlər

mbappe
  • İdman

Mbappe Çin xalqından üzr istədi – futbolçunun reklamları yayımdan çıxarıldı

User 27 Oktyabr 2026 - 18:45
gules
  • İdman

Azərbaycanlı güləşçisi beşqat dünya çempionu oldu

User 25 Oktyabr 2026 - 19:02
ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48

xƏBƏR

ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak...
Read more about Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib
Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
Ceyhun Bayramov Türkiyəyə getdi ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09
Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir polis
  • Kriminal

Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir

User 29 Oktyabr 2026 - 10:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.