Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Pavel Durov 5 milyon girovla azad edilib –

User 29 Avqust 2024 - 08:34 (Last updated: 21 May 2025 - 20:15)
pavel durov

“Telegram”ın həmtəsisçisi Pavel Durova qarşı ittiham irəli sürülüb və o məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Bu haqda Fransanın Agence France-Presse (AFP) agentliyi Paris prokurorluğunun yaydığı bəyanata istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Durova Fransa ərazisini tərk etmək qadağan edilib, o, 5 milyon avro məbləğində girov ödəməlidir.

“O, 5 milyon avroluq girov ödəmək, həftədə iki dəfə polis bölməsinə məlumat vermək öhdəliyi ilə məhkəmə nəzarəti altına alınıb və Fransa ərazisini tərk etmək qadağan edilib”, – prokurorluğun bəyanatında deyilir.

Xatırladaq ki, Durov əvvəllər ona qarşı irəli sürülən 12 cinayətdən 6-da ittiham olunub.

“Telegram”ın həmtəsisçisi Pavel Durov ona qarşı irəli sürülən ittihamlardan birinə görə 10 ilədək həbs cəzası ala bilər.

Bu barədə Paris prokurorluğunun TASS-a daxil olan bəyanatında deyilir.

“Cinayətkar qrupun tərkibində qeyri-qanuni əməliyyatların aparılmasına imkan yaratmaq məqsədi ilə şəbəkə platformasının idarə edilməsində şəriklik (maksimum cəza 10 il həbs və 500 min avro məbləğində cərimə)”, – deyə məlumatda bildirilir.

Qalan ittihamlar isə səlahiyyətli orqanlara qanuni prosedur çərçivəsində məlumatların ələ keçirilməsi imkanının verilməsindən imtina, uşaq pornoqrafiyası və narkotik vasitələrin yayılması da daxil olmaqla proqram təminatının təmin edilməsi kimi müxtəlif cinayətlərdə iştirak və fırıldaq kimi maddələrdən ibarətdir.

Post navigation

Previous: “Futbolçularım çox əziyyət çəkdilər” –
Next: Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib –

Oxşar xəbərlər

israil
  • Dünya

İsraildə seçkilərin nəticələri – Netanyahunun bloku 53 mandatda qalıb

User 29 Oktyabr 2026 - 13:12
Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ arasında danışıqların vaxtı açıqlandı

User 29 Oktyabr 2026 - 10:13

xƏBƏR

israil
  • Dünya

İsraildə seçkilərin nəticələri – Netanyahunun bloku 53 mandatda qalıb

User 29 Oktyabr 2026 - 13:12
Oktyabrın 29-u səhər İsrailin Mərkəzi Seçki Komissiyası Knessetin 26-cı çağırışına seçkilərlə bağlı yeni məlumatları açıqlayıb. Saat 09:08-ə...
Read more about İsraildə seçkilərin nəticələri – Netanyahunun bloku 53 mandatda qalıb
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
Ceyhun Bayramov Türkiyəyə getdi ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09
Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.