Azərbaycan üzgüçüsü gümüş medal qazanıb –Paralimpiya Oyunları

Azərbaycanın paraüzgüçüsü Raman Saley Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.

“Report”un məlumatına görə, S12 kateqoriyasında çıxış edən idmançı 100 metr məsafəyə arxasıüstə üzməkdə fərqlənib.

Təmsilçimiz finalda 1:00.67 nəticə ilə ikinci yeri tutub.

Qeyd edək ki, Saley Rio-2016-nın gümüş, Tokio-2020-nin ikiqat qızıl mükafatçısıdır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.