Papa Fransisk Yaxın Şərqdə sülhün zəruriliyini bildirib

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Yaxın Şərqdə sülhün əldə olunmasının vacibliyini qeyd edib.

Pontifik ənənəvi “Angelus” duası zamanı tərəfləri atəşkəs üçün danışıqları dayandırmamağa çağırıb.

Roma Papası Qəzzada ən qısa zamanda atəşkəsə nail olmağın zəruriliyini bildirib, münaqişənin Fələstinin digər şəhərlərinə yayılma riskindən narahatlığını ifadə edib.

O, girovların azad edilməsinin və müxtəlif xəstəliklərin yayıldığı Qəzzada insanlara yardım etməyin vacibliyini vurğulayıb.

“Müqəddəs torpaqda əmin-amanlıq, Qüdsdə sülh olsun. Qoy müqəddəs şəhər xristianların, yəhudilərin və müsəlmanların hörmət olunduğu və xoş qarşılandığı görüş yeri olsun, heç kim müqəddəs yerlərdə status-kvonu şübhə altına almasın”, – deyə pontifik əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.