“İnkişaf-2006” Sosial Dəstək İctimai Birliyi “İİV-lə Mübarizə” layihəsinə start verdi

“İnkişaf-2006” Sosial Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Mingəçevir şəhərində “İİV-lə mübarizə” adlı layihəsinin həyata keçirilməsinə başlayıb.

01 avqust 2024-cü ildən həyata keçirilməyə başlayan layihənin 3 ay ərzində Mingəçevir şəhər təhsil müəssisələrində  gənclər arasında maarifləndirmə və profilaktiki tədbirlər aparmaqla getdikcə artmaqda olan İİV-ə yoluxma hallarının azaldılmasına nail olmaqdan ibarətdir. Bu layihə çərçivəsində İİV/QİÇS-lə bağlı maarifləndirmə fəaliyyəti vasitəsilə problemlə bağlı ictimai məlumatlılığın artırılması nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, “İnkişaf-2006” Sosial Dəstək İctimai Birliyi uzun illərdir İİV/QİÇS-lə bağlı layihələr həyata keçirir və bu sahədə böyük təcrübəsi və peşəkar komandası vardır. Hazırda təşkilat ölkənin 15 rayonunda əsas əhali qrupları arasında İİV/QİÇS-lə bağlı profilaktiki tədbirlər həyata keçirir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.