Rusiya və İran yaxın vaxtlarda hərtərəfli dövlətlərarası saziş üzərində işi başa çatdıracaqlar.
Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Yaxın vaxtlarda biz Rusiya ilə İran arasında hərtərəfli tərəfdaşlığa dair yeni dövlətlərarası sazişin yekun hazırlığını başa çatdırmalıyıq və bu, İranın yeni rəhbərliyi ilə münasibətlərimizdə simvolik addım olacaq”, – Lavrov bildirib.
Azpost.info