Paris Olimpiadasının iştirakçısı olan idmançını sevgilisi yandırıb

Uqandalı atlet Rebekka Çepteqey ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, sevgilisi qadın idmançının üstünə benzin tökərək yandırıb.

Hadisə ötən gün R.Çepteqeyin evində şəxsi münaqişə zəminində baş verib. Dərhal xəstəxanaya çatdırılan atletin bədəninin 75 faizi yanıb. Hadisəni törədən şəxsin də ciddi yanıq xəsarətləri aldığı bildirilib.

Qeyd edək ki, Rebekka Çepteqey “Paris-2024” Yay Olimpiya Oyunlarının marafon yarışında 44-cü yerib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.