Ukraynanın prezidenti Zelenski bu gün Azərbaycana gəlir

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Azərbaycana səfərə gəlir.

Ukrayna Prezident Administrasiyasının mətbuat xidmətinin verdiyi xəbərə görə, dekabrın 16-17-də Azərbaycanda səfərdə olacaq V. Zelenski Azərbaycan Prezidenti İlham Əliyev və Baş Nazir Əli Əsədovla görüşəcək.

Prezidentlər Ukrayna-Azərbaycan Biznes Forumunda da iştirak edəcəklər.

Səfər çərçivəsində Ukrayna və Azərbaycan arasında prioritet sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəlmiş bir sıra iki tərəfli sənədlərin imzalanması planlaşdırılır.  

  1. Zelenski Azərbaycandakı Ukrayna icmasının nümayəndələri ilə də görüşəcək. (APA)
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir