İsrail HƏMAS-la atəşkəs danışıqlarında daim yeni şərtlər irəli sürür ki, bu da müsbət nəticə əldə etmək imkanlarını minimuma endirir.
Azpost.info xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Kecəli bildirib.
O bu barədə danışıqlarda iştirak edən HƏMAS nümayəndələrindən birinin nazirliyə təqdim etdiyi məlumatlara istinadən məlumat verib.
“ABŞ daha iki həftə danışıqlarda iştirakını davam etdirəcəyini, həll yolu tapılmasa, onları tərk edəcəyini bildirib. HƏMAS sözçüsü bu qərarı son dərəcə təhlükəli adlandırıb, çünki bu, danışıqları başa qaytaracaq”, – XİN rəsmisi bildirib.
Azpost.info