Rusiya Ukraynanın Pavloqrad şəhərinə “İskəndər”lə zərbə endirib- Ölən və 50-ə yaxın yaralı var

Rusiya Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinə zərbə endirib.

Azpost.info xəbər verir ki, zərbə nəticəsində bir nəfərin öldüyü, 50-ə yaxın yaralının olduğu deyilir.

Onların arasında 4, 9, 14 yaşlarında üç uşaq da var.

Dnepropetrovsk vilayət həbi dairəsinin sədri Sergey Lısak xəbəri təsdiqləyib.

“Təəssüf ki, Pavloqradda ölənlərin sayı artmaqdadır. Hazırda xəstəxanada 9 yaşlı qız da var”.

Məlumata görə, Rusiya “İskəndər-M/KN-23” tipli beş ballistik raketdən istifadə edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.