Ukrayna Pentaqondan F-16 pilotları üçün təlim missiyalarını genişləndirməyi xahiş edib

pentaqon

Ukrayna tərəfi Pentaqondan F-16 qırıcılarında ukraynalı pilotlar üçün təlim missiyalarını genişləndirməyi xahiş edib.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna prezidenti aparatının Telegram kanalında məlumat verilib.

ABŞ-ın Almaniyadakı “Ramşteyn” aviabazasında Ukrayna üzrə təmas qrupunun görüşü zamanı Ukrayna prezidenti Vladimir Zelenski və Pentaqon rəhbəri Lloyd Ostin də artıq razılaşdırılmış dəstək paketlərindən hərbi yardımın çatdırılmasının sürətləndirilməsini müzakirə ediblər.

Azpost.info