Ermənistan Ani körpüsünün birlikdə bərpası ilə bağlı təkliflərini Türkiyəyə təqdim edib

66dc56585626666dc565856267172571605666dc56585626466dc565856265

Ermənistan Türkiyə ilə sərhəddə yerləşən Ani körpüsünün bərpası ilə bağlı öz təkliflərini qarşı tərəfə təqdim edib.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Qeyd edək ki, hələ bu ilin fevralında Türkiyə tarixi körpünün bərpası ilə bağlı təkliflərini Ermənistan tərəfinə vermişdi.

Xatırladaq ki, Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa etmək niyyətindədirlər(apa).