Ermənistan KTMT-dən çıxa bilər- Parlament sədri

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa bilər.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan brifinq zamanı bildirib.

Onun sözlərinə görə, İrəvan hadisələrin bu cür inkişafını istisna etmir.

“Heç nəyi istisna etmək olmaz”, – spiker deyib.

Daha əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanın KTMT-nin bütün qurumlarında iştirakını dondurduğunu bildirib. Onun sözlərinə görə, hazırda Ermənistan tərəfi başqa qərarlar qəbul etmək fikrində deyil, lakin bu, mövcud vəziyyətin gələcəkdə də davam edəcəyi anlamına gəlmir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.