“Ən qısa zamanda sülh sazişi imzalamaq üçün real imkan var”- MİRZOYAN

Ermənistanın
Ermənistanın

Ermənistan tam razılaşdırılmış sülh sazişi layihəsini Azərbaycana təhvil verib və onun reaksiyasını gözləyir.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tərəflərin ən qısa zamanda sülh sazişi imzalamaq üçün real imkanları var.

“Biz inanırıq ki, qısa müddətdə sülh sazişi imzalamaq və Cənubi Qafqazda uzunmüddətli sabitliyə qapı açmaq üçün real imkan var”, – Mirzoyan qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.