Masallıda 6 aylıq uşaq arabadan yıxılaraq ölüb

09.09.2024 · 17:26 · Sosial

Masallıda 6 aylıq uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə Masallı şəhəri Digah yaşayış massivində qeydə alınıb.

2024-cü il təvəllüdlü N. Bədəlbəyli uşaq arabasından yıxılıb. Başı arabanın konstruksiyasında qalan uşaq boğularaq ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır(apa).