Prezident Zelenskinin Bakıda rəsmi qarşılanma mərasimi oldu –İlham Əliyevlə təkbətək görüş keçirildi (FOTOLAR)

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenskinin dekabrın 17-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Prezident Vladimir Zelenskinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Ukrayna Prezidentinə raport verib. Vladimir Zelenski Azərbaycan əsgərlərini salamlayıb.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Ukraynanın və Azərbaycanın dövlət himnləri səslənib. Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Vladimir Zelenskiyə, Ukrayna nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan və Ukrayna prezidentlərinin qarşısından keçib. Prezidentlər rəsmi foto çəkdiriblər.

Daha sonra Prezident İlham Əliyevin və Ukraynanın Prezidenti Vladimir Zelenskinin təkbətək görüşü olub.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

On bir ayda ölkədə tikinti- quraşdırma işlərinə 12 milyard manat xərclənib –

Sonrakı məqalə

Azərbaycanlı jurnalist Nəsiminin məqbərəsinin yeni fotolarını yayıb –