Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Avstriyada aramsız yağışlar təbii fəlakət yaradıb

User 15 Sentyabr 2024 - 21:21 (Last updated: 21 May 2025 - 20:15)
yaqis

Bir neçə gündən bəri Mərkəzi Avropa ölkələrində davam edən aramsız yağışlar Avstriyada Dunay və digər çaylarda su səviyyəsinin kəskin artmasına səbəb olub. Yağışların bu templə davam edəcəyi halda, Dunay çayının səviyyəsinin son 30 ildə ən yüksək həddə çatacağı ehtimalı var.

AZƏRTAC xəbər verir ki, yağışlarla bərabər güclü külək və əlverişsiz hava şəraiti Aşağı Avstriya federal əyalətində vəziyyəti daha da kəskinləşdirib və bütün əyalətin ərazisi təbii fəlakət zonası elan edilib. Suyun artan səviyyəsi bir neçə su bəndinin uçması ilə nəticələnib, Krems rayonunda isə 100-dək evin sakini təxliyə edilib.

Paytaxt Vyana şəhərində də Dunay çayının qolu olan Vyana çayında su maksimum səviyyəyə çatıb, çay boyunca yerləşən metro xətti bağlanıb.

Vyana meriyası əhaliyə şəhər ərazisindən keçən çay və kanallara yaxın getməməyi, yalnız ən vacib hallarda evi tərk etməyi tövsiyə edib. Sentyabrın 16-da hava şəraiti ilə əlaqədar məktəb və işə getməmək üçün xüsusi icazəyə gərək olmayacaq.

Avstriya Dəmir Yolları isə Vyana-Zalsburq şəhərlərini birləşdirən qərbi dəmir yolu xətti üzərində yerləşən Amştetten və Sankt Valentin şəhərləri arasında qatarların hərəkətini müvəqqəti təxirə salmağa məcbur olub.

Meteoroloqların proqnozuna görə, yağıntılı hava şəraiti sentyabrın 18-dək davam edəcək.

Post navigation

Previous: “Zirə” “Neftçi”ni məğlub etdi –
Next: Astarada qadınların bələdiyyə seçkilərində namizədliyi təşviq edilib –

Oxşar xəbərlər

abs iran savas
  • Dünya

İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi

User 29 Oktyabr 2026 - 09:35
tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16

xƏBƏR

abs iran savas
  • Dünya

İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi

User 29 Oktyabr 2026 - 09:35
ABŞ Konqresə aralıq seçkilərdən sonra İrana mümkün yeni zərbələr endirməyə hazırlaşır. Vaşinqton bu barədə Fars körfəzindəki ərəb...
Read more about İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi
Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət bayramı ilə bağlı paylaşım edib mehriban aliyeva
  • Siyasət

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət bayramı ilə bağlı paylaşım edib

User 29 Oktyabr 2026 - 09:31
Bu günə olan valyuta məzənnələri dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 29 Oktyabr 2026 - 09:20
Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.