Çempionlar Liqasında I tura yekun vurulub –NƏTİCƏLƏR

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin I turuna yekun vurulub.

Portuqaliyanın “Benfika” klubu Serbiyada “Srvena Zvezda”nın qonağı olub. Görüş “qartallar”ın qələbəsi ilə nəticələnib – 2:1.

Son Almaniya çempionu “Bayer” Niderlandda “Feyenoord”la qarşılaşıb. Qonaqlar 4:0 hesablı qalibiyyətə sevinib.

İngiltərə “Arsenal”ı “Atalanta” ilə heç-heçə edibsə, İspaniya “Barselona”sı “Monako”ya uduzub – 1:2.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur

19 sentyabr

20:45 “Srvena Zvezda” (Serbiya) – “Benfika” (Portuqaliya) 1:2

Milson, 86 – Kerem Aktürkoğlu, 9, Orkun Kökçü, 29

20:45 “Feyenoord” (Niderland) – “Bayer” (Almaniya) 0:4

Florian Virtz 5, 36, Alexandro Qrimaldo, 30, Timon Vellenreyter, 44-öz qapısına

23:00 “Atalanta” (İtaliya) – “Arsenal” (İngiltərə) 0:0

23:00 Atletiko (İspaniya) – “Leypsiq” (Almaniya) 2:1

Antuan Qrizmann, 28, Xose Mariya Ximenez, 90 – Benjamin Şeşko, 4

23:00 “Brest” (Fransa) – “Şturm” (Avstriya) 2:1

Uqo Maqnetti, 23, Abdallah Sima, 56 – Edmilson Fernandeş, 45+1-öz qapısına

23:00 “Monako” (Fransa) – “Barselona” (İspaniya) 2:1

Maqnes Aklauçe, 16, Corc İllenixela, 71 – Lamin Yamal, 28

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.