Azərbaycanda “Zəngəzur” adlı PUA istehsal olunub

66f3cfa724b0266f3cfa724b0317272544394878c8abb064f15ce12308dd8687bece

Azərbaycanda “Zəngəzur” pilotsuz uçuş aparatı (PUA) istehsal olunub.

PUA ilk dəfə Bakıda keçirilən “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilir.

“Zəngəzur” PUA-sı VTOL radioekoloji monitorinq üçün nəzərdə tutulub. İşağldan azad olunan ərazilərimiz minalardan təmizləndikdən sonra torpaqda qalan radiasiyanın aradan qaldırılmasında PUA-nın istifadəsi vaxta əhəmiyyətli dərəcədə qənaət edir.

PUA-nın təkmilləşdirilərək döyüş zamanı istifadəsi də nəzərdə tutulub.