Gün boyu yorğunluq depressiya, post-travmatik stress sindromu, bipolyar pozuntu və ya təşviş pozuntusu kimi ciddi psixi xəstəliklərin nəticəsi ola bilər.
Azpost.info xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya bildirib.
Onun sözlərinə görə, bu simptoma heç vaxt barmaqarası baxılmamalıdır.
“Daima yuxulu olmaq fiziki xəstəliklərlə əlaqəli ola bilər. Diabet, ürək xəstəlikləri və beyin şişləri tez-tez yuxu pozğunluğu ilə müşayiət olunur. Belə hallarda sadə istirahət kifayət deyil, əsas xəstəliyin müalicəsi tələb olunur”, – nevroloq qeyd edib.
Həkim əlavə edib ki, yuxu keyfiyyəti bruksizm və ya narahat ayaq sindromu kimi problemlərlə azala bilər. Yatmaq üçün otaqda temperatur və təmiz havanın olmaması və ya narahat döşək kimi xarici amillər də insanın yaxşı gecə yuxusuna mane ola bilər və gündüz yuxulu olmağın inkişafına təsir göstərə bilər.
Azpost.info