İsrail Livanda quru əməliyyatına başlayıbYENİLƏNİR

İsrail Livanda quru əməliyyatına başlayıb.

Azpost.info bildirir ki, bu barədə yerli mətbuat xəbər verir.

İsrail ordusu Livan ərazisinə daxil olub.

Yerli jurnalistlər xəbər verir ki, İsrailin zirehli texnikası Metula bölgəsində Livanla sərhədi keçib.

Göründüyü kimi, İDF Livanın cənubunda dəfələrlə elan etdiyi quru işğalına başlayıb. İsrail sərhəddə 20 kilometrlik bufer zona yaratmağı planlaşdırır.

İDF istehkamçıları Livanın cənubunda maneələri aradan qaldırır.

Livan ordusu bir neçə sərhəd bölgəsində mövqelərini tərk edir.

Ordu və BMT -nin Livandakı Sülhməramlı  qüvvələri İsraillə sərhəddəki bir neçə mövqedən geri çəkilir.

▪️Livan Ordusu sərhəd boyu cəbhə xəttindəki müşahidə məntəqələrini boşaldır və sərhəd yaşayış məntəqələrindəki komandanlıq mərkəzlərinə hərəkət edir.

Sərhəd zonası İsrail qüvvələrinin mümkün işğalı fonunda “neytral əraziyə” çevrilir.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.