4 dəfə Heydər Əliyev təqaüdü almış tələbə vəfat etdi

Naxçıvan Dövlət Universitetinin musiqişünaslıq ixtisasının bakalavr məzunu Sərvət İbrahimov vəfat edib.

Bu haqda NDU-nun sosial şəbəkə hesabında məlumat paylaşıb.

Bildirilib ki, Bakı Musiqi Akademiyasının magistr tələbəsi olan S. İbrahimov dünən qəflətən ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edilib ki, Sərvət 2020-2024-cü illərdə 4 dəfə Heydər Əliyev, 2 dəfə isə Ü.Hacıbəyli adına təqaüdə layiq görülüb. O, 2024-cü ildə incəsənət fakültəsini ən yüksək ÜOMG ilə bitirmişdi.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.