“Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu mühüm vəzifələr uğurla həyata keçirilib”

b0ee8e35-114b-4e16-9ed3-89e53dfca38c

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Silahlı Qüvvələr qarşısında qoyduğu mühüm vəzifələr müvəffəqiyyətlə həyata keçirilib”.

“Report” xəbər verir ki, bunu Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

Bildirib ki, bunun nəticəsində Azərbaycan Ordusunun döyüşə hazırlıq səviyyəsi, döyüş qabiliyyəti, şəxsi heyətin vətənpərvərlik ruhu artıb.

Müdafiə nazirinin müavini ölkəmizin dinamik sosial-iqtisadi inkişafının ordu quruculuğu sahəsində görülən işlərə müsbət təsirindən, həyata keçirilən irimiqyaslı islahatların ordumuzun döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə səbəb olduğundan danışıb.

K.Vəliyev 2020-ci ildə müvafiq sahədə görüləcək işlər barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir