“Apple” peyk düzəldəcək

sputnik_060615

“Apple” şirkəti peyklərin hazırlanması ilə məşğul ola bilər.

Trend-in məlumatına görə, bununla əlaqədar olaraq kosmik sənaye mühəndislərindən ibarət məxfi qrup yaradılıb.

Qeyd olunur ki, layihə ilkin mərhələdədir və gələcəkdə ləğv oluna bilər. Amma şirkət rəhbəri Tim Kukun bu layihənin davam etməsində maraqlı olduğu deyilir.

Mütəxəssislər hesab edir ki, şirkət peyk vasitəsilə internet xidmətlərini mobil operatorlardan asılı olmadan birbaşa qurğulara ötürməyi planlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir