Doqquz ayda 24586 cinayət qeydə alınıb, 89,8 faizi açılıb –158 cinayətkar qrup tutulub /DİN

2024-cü ilin 9 ayında Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 24586 cinayətin 89,8 faizi açılıb.

Bu barədə ilin 9 ayının yekunları ilə bağlı Daxili İşlər Nazirliyi keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər, qəsdən adam öldürmələr və ona cəhdlər, qəsdən sağlamlığa ağır zərər vurmalar, oğurluqlar, soyğunçuluqlar, informasiya texnologiyalarından istifadə edilməklə və qrup halında törədilənlər, yetkinlik yaşına çatmayanların və əvvəllər məhkum olunmuşların hüquqazidd əməlləri, ailə münaqişəsi zəminində baş verən cinayətlərin sayı bütövlükdə 2192 fakt azalıb.

Bu ilin 9 ayında axtarışa elan edilmiş 6703 nəfərdən 84 faizi tutulub.

Bu barədə DİN-də keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinən 390 nəfərdən ibarət 158 cinayətkar qrup zərərsizləşdirilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.