ABŞ prezidenti Co Bayden Gürcüstanda baş verən hadisələrdən narahat olduğunu bildirib.
Bu barədə Ağ Ev rəhbərinin dərc edilmiş bəyanatında deyilir.
“Mən ölkənin son vaxtlar demokratiyadan uzaqlaşmasından çox narahatam”, – Bayden qeyd edib.
Bundan əlavə, Bayden ölkədəki parlament seçkilərinin guya “inzibati resurslardan çoxsaylı sui-istifadə, seçicilərin hədə-qorxu və məcburiyyəti” ilə müşayiət olunduğu barədə fikir bildirib.