Beynəlxalq donorlar tərəfindən edilən yardımların həcmi çox azdır- ANAMA sədri

Beynəlxalq donorlar tərəfindən edilən yardımların həcmi çox aşağı səviyyədədir.

Bu barədə Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ANAMA ilə Qarabağ Dirçəliş Fondunun donor və tərəfdaşlarının iştirakı ilə keçirilən işgüzar görüşdə bildirib.

Göstərilən yardımların onları qane etmədiyini vurğulayan ANAMA-nın sədri deyib: “Beynəlxalq təcrübə göstərir ki, əraziləri minalarla çirkləndirilən ölkələrə böyük yardımlar edilir. Azərbaycana edilən yardımların həcmi ölkəmizə qarşı ikili standartların bariz nümunəsidir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.