Əfqanıstanda qadınların danışması qanunla qadağan edilib.
Azpost.info bildirir ki, bu barədə Taliban hökuməti yeni fərman verib.
Fərmana əsasən, Əfqanıstanda qadınlara digər qadınların səslərini eşitməsi qadağandır. Qadınlara hətta bir-birinin yanında Quranı ucadan oxumaq yasaqlanıb.
Bu ilin avqust ayında Taliban artıq ictimai yerlərdə qadınlara bir-biri ilə danışmağı və ya mahnı oxumağı, kişilərə baxmağı qadağan edib. Qnun qadının baxmaq və ya dinləmək hüququ olan hər şeyi tənzimləyir.
Onu da qeyd edək ki, Əfqanıstanın Əxlaqın Təbliği və Pisliyin Qarşısının Alınması Nazirliyi hər hansı canlıları əks etdirən vizual görüntülərin, o cümlədən rəsmi yayımlarda yayımlanmasını qadağan edib.