Yuğ Teatrı üçün bina axtarılır- Açıqlama

“Ölkəmizdə teatr fəaliyyəti inkişaf etməkdədir. Dövlətimizin teatra qayğısı danılmazdır. Xarici ölkələrdən fərqli olaraq, teatrlara qoyulan investisiya yüksəkdir”.

Bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Adil Kərimli deyib.

O bildirib ki, bir çox teatrın fəaliyyəti onların müstəqil binasının nə dərəcədə uğurlu olmasından asılıdır: “Yuğ Teatrı kimi peşəkar kollektivi olan teatrın fəaliyyəti üçün ciddi infrastruktur şəraiti olan binanın axtarışı istiqamətində Mədəniyyət Nazirliyi tərəfindən işlər aparılır və qısa zamanda onların normal fəaliyyətini bərpa etmək üçün uyğun məkan tapılıb təqdim veriləcək”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.