Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Şou Biznes

“Otello və Kral Liri oynayıb pensiyaya çıxacağam” –

User 14 Noyabr 2024 - 10:01 (Last updated: 21 May 2025 - 20:15)
denzel vasınqton

Hollivud ulduzu, Denzel Vaşinqton yeni çəkilən “Qara Pantera 3” filmində iştirak etmək üçün Vakanda səfər edəcək. Kino ulduzu bildirib ki, Rayan Kuqler ona rol yazır.

Azpost.info bildirir ki, xəbəri “Comic Book” saytı yayıb.

“Qladiator 2” filmində baş rollardan birini oynayan məşhur Hollivud aktyoru Denzel Vaşinqton özü də təsdiq edib ki, “Marvel” komikslərinin süjeti əsasında çəkilən yeni “Qara Pantera” üçüncü filmində çəkilmək üçün o, Vakanda gedəcək. Məşhur aktyor deyib ki, ilk iki filmin rejissoru olan Rayan Kuqler filmin ssenarisi üzərində işləyir və ondan ötrü xüsusi rol yazır. İki dəfə Oskar mükafatı almış məşhur aktyor bu barədə “Qladiator 2” promo-turunda danışıb.

Bir neçə gün əvvəl öz aktyor karyerasının müzakirəsi ərəfəsində Denzel Vaşinqton Avstraliyanın televiziya kanalına verdiyi müsahibəsində etiraf edib ki, həqiqətən də “Qara Pantera” haqqında növbəti film də daxil olmaqla, kinoda oynayacağı hələ bir neçə rolu qalıb.

Məşhur aktyor deyib: “Mənim öz seçimim həmişə rejissorun kim olmasından asılı olub, bu, həm də aktyor karyeramın indiki mərhələsində xüsusilə vacibdir. Mən yalnız ən yaxşılarla birlikdə oynamaqda maraqlıyam. Düzünü desəm, mən indi deyə bilmərəm ki, bundan daha sonra neçə filmdə və hansı aktyorlarla rol almağım qalıb, çox güman qalıb… Onların çoxu yoxdur, elə buna görə mən əvvəllər etmədiyim bir şeyi sınamaq istəyirəm, 22 yaşında Otellonu oynadım və 70 yaşında yenidən oynayacağam. Stiv Makkuinlə də bir film barədə söhbət aparmışam. Sonra da mən öncə Hannibalı, ardınca da “Kral Lir”-i oynamaq fikrindəyəm. Söylədiyim kimi Rayan Kuler mənim üçün xüsusi rolu olan yeni, müstəqil bölüm olaraq nəzərdə tutulan “Qara Pantera” filminin ssenarisi üzərində işləyir. Bütün bunlardan sonra isə öz rollarımı oynayıb yəqin ki, təqaüdə çıxacağam”. Aktyor həmçinin də veteran oyunçu olduğunu xüsusi qeyd edib.

Qeyd edək ki, “Marvel Studios” hələlik bu yeni layihə ilə bağlı, yəni “Qara Pantera” seriyasındakı növbəti filmin hal-hazırda işlənib hazırlanması barədə mediaya heç bir açıqlama verməyib. Lakin mətbuatda artıq Denzel Vaşinqtonun ulduz kimi də təqaüdə çıxacağı xəbərləri dolaşır.

Oqtay Qorçu

Post navigation

Previous: COP29-da aktivistlər aksiya keçirib
Next: “Qraf Monte Kristo” filmi rəqəmsal formatda təqdim olunub

Oxşar xəbərlər

sou esas
  • Şou Biznes

Musiqi platformaları müğənnilərə necə pul qazandırır?-

User 09 Oktyabr 2026 - 23:17
tacir
  • Şou Biznes

Tacir Şahmalıoğlu səhhətindən danışdı:

User 07 Oktyabr 2026 - 16:17
avroviziya
  • Şou Biznes

Çexiya “Eurovision-2027”dən imtina etdi

User 06 Oktyabr 2026 - 14:39

xƏBƏR

mehriban teatr01
  • Mədəniyyət

Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib

User 02 Noyabr 2026 - 00:28
Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində “Zikra: xatirələr gecəsi”...
Read more about Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir tramp netanyahu
  • Dünya

Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir

User 01 Noyabr 2026 - 23:02
Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi ilham tramp 01
  • Baş Yazı

Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi

User 01 Noyabr 2026 - 21:46
İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP Tramp
  • Dünya

İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP

User 01 Noyabr 2026 - 21:28
Ağacların yarpaqları payızda niyə qızarır? payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.