“Sizə can sağlığı, nikbinlik arzulayıram”
Rusiya prezidenti Vladimir Putin sabiq Ermənistan lideri Robert Koçaryanı Yeni il münasibətilə təbrik edib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Koçaryana möhkəm can sağlamlığı, mətinlik və nikbinlik arzulayıb.
“Rusiyada sizin dostluğumuzun inkişafına və dövlətlərimizin qarşılıqlı əməkdaşlığında böyük xidmətiniz var”- deyə məktubda deyilir.
