İran nüvə üçün yeni sentrifuqları işə salıb

25.11.2024 · 13:23 · Dünya

İran uranın zənginləşdirilməsi üçün yeni qabaqcıl sentrifuqları işə salıb.

Azpost.info bildirir ki, bu barədə Press TV məlumat yayıb.

İran parlamentinin sədri Məhəmməd-Bağır Qalibaf deyib ki, İran MAQATE-nin ölkənin mülki nüvə proqramına qarşı siyasi motivli qətnamə qəbul etməsinə cavab olaraq yeni və təkmilləşdirilmiş sentrifuqalar yerləşdirib.