Tokayev və Putin strateji tərəfdaşlığı dərinləşdirir –Birgə bəyanat

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Rusiya Prezidenti Vladimir Putin yeni qlobal nizam şəraitində strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında birgə bəyanat imzalayıblar.

Akordanın mətbuat xidməti  xəbər verir ki, sənəd Astanada keçirilən Rusiya-Qazaxıstan danışıqlarının nəticəsi olaraq imzalanıb.

Danışıqların yekununda hər iki ölkənin nümayəndə heyətləri ümumilikdə 20 sənəd imzalayıblar.

Rusiya Prezidenti Vladimir Putin hazırda Astanada dövlət səfərindədir və səfər çərçivəsində 28 noyabr tarixində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində iştirak edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.