“Suriyada baş verən hadisələr görünməmiş hadisədir” –Britaniyanın Baş naziri

Suriyada son saatlarda və günlərdə baş verən hadisələr görünməmiş bir hadisədir və biz bölgədəki tərəfdaşlarımızla məsləhətləşir və vəziyyəti yaxından izləyirik.

Bunu Britaniyanın Baş naziri Keir Starmer yaydığı bəyanatda bildirib.

“Suriya xalqı Bəşar Əsədin hakimiyyəti altında çox uzun müddət əziyyət çəkib və onun hakimiyyətdən getməsini alqışlayırıq.

Hazırda diqqətimiz sülh və sabitliyin bərpa olunmasına yönəlib biz bütün tərəfləri mülki insanları qorumağa habelə yaxın saatlarda və günlərdə ən həssas təbəqələrə yardımın çatdırılmasın təmin etməyə çağırırıq” – deyə bəyanatda bildirilib. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.