Bakı məktəblərində müəllimlərin orta aylıq əmək haqqı 682 manatdır
Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq əmək haqqı 682 manatdır.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) illik hesabatında qeyd olunub.
Bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 2019-2020-ci tədris ili üçün 682 manat təşkil edir.
