Tramp milyarder dostunu Türkiyəyə səfir göndərir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp investor Tomas Barakı ABŞ-ın Türkiyədəki səfiri vəzifəsinə namizəd göstərib.

Bu barədə Tramp özünün “Truth” sosial səhifəsində yazıb: “Tomas Barakın Türkiyədəki növbəti səfirimiz olacağını elan etməkdən məmnunam. Tomas otuz ildir ki, özəl kapital şirkətinə uğurla rəhbərlik edir”.

O qeyd edib ki, Barak lazımi təcrübəyə malikdir və həm siyasi, həm də işgüzar dairələrdə hörmətə malikdir.

Barak “Colony Capital” investisiya firmasının qurucusu, Trampın yaxın dostu və onun inaqurasiya komitəsinin keçmiş sədridir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.