Moskvadan Trampa mesaj:

Lavrov

Lavrov

“Rusiya Ukrayna ilə münaqişənin həlli məsələsində ABŞ prezidenti Donald Trampın administrasiyası ilə məsləhətləşmələrə hazırdır”.

Azpost  bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2024-cü ilin yekunları ilə bağlı danışarkən deyib.

“Mən ümid edirəm ki, cənab Tramp administrasiyası, o cümlədən cənab Kelloq (ABŞ-ın Ukrayna üzrə gələcək xüsusi elçisi) münaqişənin əsas səbəblərini araşdıracaq. Biz hər zaman məsləhətləşmələrə hazırıq”, – Lavrov vurğulayıb.

Xarici işlər naziri ümid edir ki, Ağ Ev münaqişənin əsas səbəblərini araşdıracaq.