Qazaxıstan öz ordusu üçün “Bayraktar” PUA-ları alacaq

Qazaxıstan öz ordusunu  Türkiyə PUA-ları ilə təmin etmək planlaşdırılır.

Azpost Orda.kz-a istinadən bildirir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb. PUA-ların Qazaxıstanda istehsalı üçün “yol xəritəsi”nin hazırlanması da razılaşdırılıb.

Bu barədə müdafiə naziri Ruslan Jaksılıkov və “Baykar”ın baş direktoru Haluk Bayraktar arasında danışıqlar zamanı müzakirə olunub. Danışıqlar İstanbulda keçirilən “Saha Expo-2024” sərgisi zamanı baş tutub.

“Tərəflər Qazaxıstan ərazisində taktiki pilotsuz uçuş aparatlarının istehsalının lokallaşdırılması məsələsi üzrə yol xəritəsinin hazırlanması barədə razılığa gəliblər” – nazirlikdən bildirilib.

Sərgidə Qazaxıstan nümayəndə heyəti Bayraktar AKICI, TB3, TB2, Kalkan pilotsuz uçan aparatları, eləcə də “Mosquito-X” döyüş sursatlarını nümayiş etdirib.

Danışıqların yekunu olaraq Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə “Baykar” şirkəti arasında Türkiyə tərəfinin Qazaxıstan Respublikası Silahlı Qüvvələrini hərbi sınaq üçün Bayraktar Kalkan, Bayraktar Mini pilotsuz uçuş sistemləri və “Moskit-X” döyüş sursatları ilə təmənnasız olaraq təmin etmək niyyətini təsdiq edən işçi görüşünün protokolu imzalanıb.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.