Dağlıq Qarabağda 19 yaşlı erməni əsgəri ölüb

ermeni aprel

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən qəsb edilmiş ərazisində işğalçı ordunun əsgəri ölüb.

Bu barədə Ermənistan mətbuatı xəbər verir.

Qeyd edilir ki, hadisə dünən yerli vaxtla saat 11:30-da baş verib. Ermənistan ordusunun hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü Artem Arturoviç Kazaryan vəfat edib. Onun xəstəlikdən öldüyü bildirilir.

Ermənistan ordusunun mətbuat xidməti xəbəri təsdiqləyib. Bildirilib ki, hərbi qulluqçunun ölümü ilə bağlı istintaq aparılır. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir