Çin ABŞ-ın 7 hərbi şirkətinə sanksiya tətbiq etdi –Bütün əmlakları donduruldu

Çin ABŞ-ın 7 hərbi sənaye şirkətinə sanksiya tətbiq etdiyini açıqlayıb.

Azpost bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin məlumatında bəyan olunub.

Məlumatda qeyd edilir ki, ABŞ-ın Tayvana böyük miqdarda silah yardımı və silah satışı edəcəyini bir daha elan etməsi ilə bağlı Çin ABŞ-ın 7 hərbi sənaye şirkətinə və onların rəhbərliyinə sanksiya tətbiq edir.

Sanksiya qərarı ilə bu şirkətlərin Çin ərazisində olan bütün daşınar, daşınmaz və digər əmlakı dondurulur.
Çin ərazisində fəaliyyət göstərən təşkilat və fiziki şəxslərin onlarla müvafiq əməliyyatlar, əməkdaşlıq və digər fəaliyyətlər həyata keçirməsi qadağan olunub.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.