Moskvada pensiyaçı qadın Kremlin qarşısında, Qırmızı Meydanda qoyulmuş yolkanı yandırmaq istəyib.
Azpost bildirir ki, dekabrın 25-i günortadan sonra Qızıl Meydanda gəzənlər yeni il yolkası qarşısında icazəsiz atəşfəşanlığın şahidi olublar. Həmin gün pirotexniki vasitələr tapılmasa da, ertəsi gün əməliyyatçılar 62 yaşlı Svetlananı saxlayıblar.
Qadın polisə bildirib ki, atəşfəşanlığı bir neçə həftədir ünsiyyətdə olduğu “FSB zabitinin” istəyi ilə edib. Fırıldaqçılar Svetlananı aldadaraq onun 9,3 milyon rublunu əlindən alıblar. Qadını qorxudaraq deyiblər ki, onun adından Ukrayna Silahlı Qüvvələrinə sponsorluq edirlər. Əvvəlcə Svetlana bütün əmanətlərini kuryerə təhvil verib, sonra bir neçə kredit götürüb. Mənzilini girov qoyub.
Fırıldaqçılar Qızıl Meydanda yolkada atəşfəşanlıq edəcəyi təqdirdə pulu qaytaracaqlarına söz veriblər. Demək olar ki, 10 milyon itirən Svetlana inanıb.
Baza-nın məlumatına görə, faktla bağlı “Xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb.