Rusiya İstintaq Komitəsinin sədri Baş prokuror Kamran Əliyevlə danışıb

Bu gün Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə telefon danışığı aparıb.

Azpost bildirir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Tərəflər Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı aparılan araşdırmaların gedişini müzakirə ediblər. Təyyarədə iki ölkənin, həmçinin Qazaxıstan və Qırğızıstan Respublikasının vətəndaşları olub.

Söhbət zamanı rusiyalı müstəntiqlər və kriminoloqlarla Azərbaycan və Qazaxıstan istintaq-əməliyyat qruplarından olan həmkarları ilə yaxşı qurulmuş hərtərəfli qarşılıqlı əlaqələr qeyd edilib.

Bastrıkin əmin edib ki, Rusiya İstintaq Komitəsinin mərkəzi aparatının təyyarə qəzasının təhqiqi sahəsində ən təcrübəli əməkdaşları Rusiya tərəfdən qabaqcıl kriminalistik avadanlıqla təchiz olunublar. O əlavə edib ki, faciənin bütün səbəb və şəraitini müəyyən etməkdən ibarət kompleks istintaq hərəkətləri həyata keçirilir.

Söhbət zamanı tərəflər birgə təhqiqat planı çərçivəsində prioritet vəzifələri müəyyənləşdirib, bundan sonra da hərtərəfli əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.