Yeniyetmə sosial şəbəkədən gördüyünü hazırlamaq istəyərkən zəhərlənib

Biləsuvarda yeniyetmə zəhərlənib.

APA-nın verdiyi xəbərə görə Biləsuvar rayonun Xırmandalı kənd sakini 15 yaşlı N.T zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına çatdırılıb. Həkimlərin səyləri sayəsində yeniyetmənin həyatı təhlükəsi aradan qalxıb.

Yeniyetmənin atası bildirib ki, övladı “Tik-tok” platformasında gördüyü üsuldan istifadə etməklə Yeni il gecəsinə özü üçün “səs çıxaran” qurğu düzəltmək istəyib. “Bu zaman bizdən xəbərsiz istifadə etdiyi “Net”in (təmizləyici vasitə) onu zəhərlədiyini bildik və təcili onu xəstəxanaya çatdırdıq”.

Fakt araşdırılır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.