Azərbaycan Liberal Partiyası qurultay keçirib –Lalə Şövkət lider elan edilib

Azərbaycan Liberal Partiyası qurultayını keçirib. 
Azpost.info bildirir ki, bu barədə ALP-nin sədri Əvəz Temirxan məlumat verib.
Məlumatda deyilir ki, 30 dekabr 2024-cü ildə Azərbaycan Liberal Partiyasınin onlayn – Qurultayı keçirilib. Qurultay partiyanın Nizamnaməsinə əlavələr edib, professor Lalə Şövkəti ALP-nin lideri, Əvəz Temirxanı isə yenidən partiyanın sədri seçib.
Bundan başqa partiyanın 24 iyun 2024-cü ildə keçirilmiş Qurultayının ALP-nin fəaliyyətini “”Siyasi partiyalar haqqında’ Qanunun 8.1. və 8.6. maddələri qaydasında dayandırmaq müddətini 31.12.2024-cu ildən başlayaraq 31.01.2029-cu ilədək – bu müddət ərzində Milli Məclisə növbədənkənar deputat seçkiləri keçirildikdə isə elan olunduğu günədək və ya növbəti Qurultayın partiya fəaliyyətini bərpa edilməsi haqqında təyin etdiyi günədək uzadılması haqqında qərar qəbul edib.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.