“Tarix Türkiyənin haqlı olduğunu isbat edəcək” –ƏRDOĞAN

“Türkiyə Fələstinin tanınması istiqamətindəki diplomatik səyləri dəstəkləyib və bu yolda öncüllük edib”.

APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2024-cü il üzrə ixracat göstəricilərinə dair konfransda bildirib.

O, həmçinin Suriyada baş verənlərə toxunaraq, ölkəsinin bu yöndəki mövqeyində də haqlı olacağına inandığını söyləyib:

“Həm daxildən, həm də xaricdən yönələn tənqidlərə rəğmən ölkəmiz Suriya məsələsində haqlı idi. Tarix Qəzzada yaranmış böhran vəziyyəti ilə bağlı da məhz Türkiyənin haqlı olduğunu isbat edəcək”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.