Ukrayna Rusiya ərazilərinə PUA-larla hücum edib

Tatarıstana
Tatarıstana

Ukrayna ötən gecə Rusiya ərazisində döyüş PUA-ları ilə hücum edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bir gecədə Ukraynaya məxsus 16 PUA məhv edilib. Onlardan 10-u Bryansk vilayəti, 3-ü Smolensk vilayəti səmasında, Belqorod, Pskov və Leninqrad vilayətlərinin hər birinin üzərində isə bir PUA vurulub.

PUA hücumu ilə əlaqədar “Xalça” planı əməliyyatı Sankt-Peterburqun Pulkovo hava limanında tətbiq edilib. Gediş-gəliş reysləri saat 7:45-dən etibarən təxirə salınıb. İlk məhdudiyyətlər saat 23:53 radələrində (00:50-dək) tətbiq edilib.

Leninqrad vilayətinin qubernatorunun sözlərinə görə, Fin körfəzinin Lujskiye qubı rayonunda PUA vurulub, dağıntı və tələfat yoxdur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.