Gəncədə tələbə dəm qazından boğularaq ölüb
Gəncədə dəm qazından boğulma hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, Gəncə Aqrar Universitetinin tələbəsi Məmmədov Tural Uğur oğlu Gülüstan qəsəbəsində yaşadığı mənzildə dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
