Yaxın vaxtlarda delimitasiya üzrə Komissiyanın iclası keçiriləcək

serhed nisan

Yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə hökumətlərarası komissiyasının iclası keçiriləcək, lakin dəqiq tarix məlum deyil.

Bu barədə Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın Aparatından bildirilib.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, bu ay, Azərbaycanın təşəbbüsü və təklifi ilə delimitasiya məsələsini davam etdirmək üçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır.